Yuxarı

UEFA "Beşiktaş"ı cəzalandırır - Pişiyə görə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın Nizam-İntizam Komitəsi “Beşiktaş”ı cəzalandıracaq.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab matçında türkiyəli azarkeşlərin turnirin reqlamentinə zidd hərəkətlər etməsi səbəb olub. Tribunalarda keçidlərin bağlanması və meydana yad əşyaların atılmasına görə klubun cərimələnəcəyi gözlənilir.

Əsas maraqlı məqam isə ondan ibarətdir ki, UEFA oyunun gedişində meydançaya daxil olan pişiyə görə də “Beşiktaş”a cəza veriləcəyini açıqlayıb.

Qeyd edək ki, görüşün baş hakimi Maykl Oliver pişik meydanı tərk edənədək oyunu saxlamalı olub.

Xatırladaq ki, “Beşiktaş” – “Bavariya” matçı İstanbul klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Almaniyadakı ilk qarşılamada da rəqibinə uduzan “qara qartallar” iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb.

Tarix
2018.03.16 / 02:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla