Yuxarı

Gürcüstan höküməti söz verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan höküməti söz verdi

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Çixura" (Gürcüstan) – "Neftçi" (Azərbaycan) qarşılaşmasının təşkilinə nəzarəti Gürcüstanın Gənclər və İdman Nazirliyi öz üzərinə götürüb.

Bunu qonşu ölkənin naziri Levan Kipiani açıqlayıb.

O bildirib ki, avqustun 7-də Tiflisdəki Mixail Mesxi adına stadionda baş tutacaq qarşılaşmadan 2 gün əvvəl Gürcüstan Futbol Federasiyasında fövqəladə yığıncaq keçirilib. Burada matçda təhlükəsizlik və təşkilatçılıqla bağlı digər məsələlər müzakirə olunub.

Kipianinin sözlərinə görə, cavab qarşılaşmasında hansısa insidentin yaşanması mümkün deyil: "Təşkilati məsələlərə nəzarət birbaşa nazirliyin üzərinə düşən işdir. Bununla bağlı dünən Gürcüstan Futbol Federasiyasında görüş keçirildi. Təhlükəsizliyin təminatı məqsədilə bu işə müxtəlif qurumlar cəlb olunub. Əlbəttə ki, bir neçə gün əvvəl yaranan problem təkrarlanmamalıdır və bizim hüquq-mühafizə orqanları, federasiya və nazirlik ölkədəki belə halların qarşısını almağa hazır olacağıq".

Qeyd edə ki, "Neftçi"nin gürcülərlə 0:0 hesabı ilə başa çatan ilk oyununda arenaya gələn qonaq fanatların pankartda Qax və Zaqatala rayonlarının Gürcüstan ərazisi kimi göstərilməsi azarkeşlər arasında qarşıdurmaya səbəb olub.

Apasport.az

Tarix
2014.08.06 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla