Yuxarı

Velosipedçilərimiz 3 qızıl medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Velosipedçilərimiz 3 qızıl medal qazandı

Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə "Galichyna-2014" Qran-Prisinə yekun vurulub.

Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci dərəcəli yarışında Azərbaycan yığma komandasının 2 üzvü - Sergey Omelçenko və Yelena Pavluxina da mübarizə aparıb. Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

4 gün davam edən yarışda idmançılarımızın qazancı 3 qızıl və 1 bürünc medal olub.

İlk gündə qadınlar arasında 10 km məsafəyə skretç yarışında bürünc medal əldə edən Yelena Pavluxina növbəti gün xalla qrup ötüşməsində hamını qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O həmçinin 6 mərhələdən ibarət omnium yarışlarında 5-ci yeri tutub.

Sergey Omelçenko isə 200 metr məsafəyə sprint yarışlarında və keyrin növündə bütün rəqiblərindən yaxşı çıxış edib və komandamıza 2 qızıl medal qazandırıb.

Trend

Tarix
2014.08.11 / 19:14
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla