Yuxarı

DİN-nin komandası Belarusda bürünc qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun paytaxtı Minskdə MDB dövlətlərinin güc qurumları arasında daşqaldırma növü üzrə turnir keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, ilk dəfə keçirilən yarışda DİN-in idmançı əməkdaşları da iştirak ediblər.

Nazirliyin İdman Cəmiyyətinin komandası yarışa beş iştirakçı ilə qatılıb. Turnirdə 70, 75, 80, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində müvafiq olaraq, Anar Abdullayev, Elvin Dövlətov, Təbriz Məmmədov, Müşfiq Hüseynov və Ruslan Kübərov güclərini sınayıblar. Yığmamız bu turnirdə bürünc medala sahib olub.

Qeyd edək ki, komandamızı bu yarışa DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Firudin Tağıyev hazırlayıb.

Komandamızın rəhbəri, Cəmiyyətin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov ölkəmizdə idmanın bu növü üzrə daxili işlər orqanlarının əməkdaşları arasında müntəzəm yarışların keçirildiyini bildirib. O, əməkdaşların asudə vaxtlarda bu idman növü ilə məşğul olduqlarını, onların hazırlıq səviyyələrinin daha yüksək nəticələrin qazanılacağını deməyə əsas verdiyini, polis idmançılarımızın ildən-ilə təcrübələrini artırdığını diqqətə çatdırıb.

Tarix
2018.05.21 / 21:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla