Yuxarı

Fransa dünya çempionu oldu - DÇ-2018

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:15

Bu gün dünya çempionatı sona çatır.

Axar.az xəbər verir ki, Moskvanın "Lujniki" stadionunda Fransa və Xorvatiya qarşılaşacaqlar. Bu oyunun qalibi dünya kubokunu başı üzərinə qaldıracaq.

Saat 19:00-da başlayacaq qarşılaşam "İctimai" televiziya vasitəsiylə canlı yayımlanacaq.

Artıq final oyununun şərhçiləri də məlumdu. Tanınmış şərhçilər Gündüz Abbaszadə və Tural Dadaşov möhtəşəm finalı azərbaycanlı azarkeşlər üçün şərh edəcəklər.

***

Bakı vaxtı ilə 19:00-da Fransa - Xorvatiya oyunu başlayıb.

Canlı yayımı BURADAN izləyə bilərsiniz.

***

19-cu dəqiqədə Mandzukiç avtoqolu sayəsində Fransa hesabı açıb: 1 - 0

***

Perişiç 29-cu dəqiqədə hesabı bərabərləşdirib: 1-1

***

38-ci dəqiqədə Qrizman penalti zərbəsi ilə Fransanı hesabda irəli çıxarıb: 2-1

***

59-cu dəqiqədə Poqba Fransanın üçüncü qolunu vurub.

***

Matçın 65-ci dəqiqəsində Embappe hesab arasındakı fərqi 3 topa çatdırıb. Cəmi 4 dəqiqə sonra Mandzukiç Xorvatiyanın 2-ci qolunu vurub. Hazırda hesab 4:2-dir.

***

Beləliklə, Fransa DÇ-2018-in qalibidir.

Tarix
2018.07.15 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla