Yuxarı

DÇ-nin qalibləri mükafatlandırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Fransa və Xorvatiya yığmaları arasında keçirilmiş 2018-ci il dünya çempionatının final matçından sonra mükafatlandırma mərasimi keçirilib.

Report-un məlumatına görə, əvvəlcə fərdi mükafatlar təqdim olunub. Fransa yığmasının hücumçusu Kilian Mbappe çempionatın ən gənc oyunçusu kimi təltif olunub. Xorvatiya yığmasının kapitanı Luka Modriç mundialın ən yaxşı futbolçusu üçün mükafata sahib çıxıb. Belçika yığmasının qolkiperi Tibo Kurtua çempionatın ən yaxşı qapıçısı sayılıb.

Daha sonra argentinalı Nestor Pitananın rəhbərlik etdiyi hakimlər briqadası səhnəyə dəvət olunub. Ardından növbə final matçının iştirakçılarına çatıb. Bu zaman "Lujniki" stadionunda leysan yağışı başlayıb. Lakin bu, mükafatlandırma prosesinin gedişinə heç bir təsir etməyib. Xorvatiya yığması üzvlərinə gümüş medalların təqdim olunmasından sonra Fransa millisi tarixində ikinci dəfə qızıl medallarına və Dünya Kubokuna qovuşub.

Qeyd edək ki, mükafatları FİFA prezidenti Canni İnfantino, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç təqdim edib.

Tarix
2018.07.15 / 22:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla