Yuxarı

Bunu dünya reytinqinə daxil etməyə çalışırıq - Vitse-prezident

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq həmrəylik tennis çempionatının yalnız İslam ölkələrinin idmançılarının iştirak etdikləri turnir deyil, irimiqyaslı beynəlxalq yarış kimi dünya reytinqinə salınmasına çalışırıq.

Axar.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının Yerli Əməliyyat Komitəsinin sədri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə turnirin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Ötən il Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdiyini xatırladan Ç.Hüseynzadə bildirib ki, İslamiadanın irsini davam etdirmək məqsədilə Milli Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) bu turniri təşkil edib. Çempionatın ənənəvi xarakter almasının əsas məqsəd olduğunu vurğulayan Ç.Hüseynzadə deyib: “İmzalanmış memoranduma əsasən, beş il ərzində Bakıda MOK-un və İHİF-in təşkilatçılığı ilə turnirlər keçiriləcək. Bu çempionat həm də 2019-cu ildə Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının tennis yarışlarına hazırlıq xarakteri daşıyır. Əvvəlki çempionatlardan fərqli olaraq, builki turnirdə Rusiyadan və Belarusdan idmançılar da iştirak edirlər. Ümidvaram, Azərbaycan tennisçiləri də bu çempionatda uğurla çıxış edərək müvəffəqiyyət qazanacaqlar”.

MOK-un vitse-prezidenti gələn il Milli Olimpiya Komitəsi tərəfindən idmanın bir neçə növü üzrə idmançılar, məşqçilər və hakimlər üçün kursların təşkil olunacağını diqqətə çatdırıb. O, tennis üzrə kursların gələn il təşkil olunmasının planlaşdırıldığını vurğulayıb.

Tarix
2018.07.23 / 21:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla