Yuxarı

Millimizin futbolçusu Rusiyada debüt etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov" klubunun heyətində Rusiya Premyer Liqasında ilk oyununa çıxıb.

Report-un məlumatına görə, 22 yaşlı hücumçu IV turda Moskva "Lokomotiv"inə qarşı ev oyununda forma geyinib.

O, 82-ci dəqiqədə Vladimir Poluyaxtovun əvəzinə meydana daxil olub. "Samara Arena"dakı görüş "Lokomotiv"in qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 37-ci dəqiqədə Qjeqoj Krıxovyak vurub. 78-ci dəqiqədə Vladislav İqnatyev qırmızı vərəqə alıb. Lakin "Krılya Sovetov" say üstünlüyündən yararlana bilməyib.

Bu qələbədən sonra xallarını 5-ə çatdıran "Lokomotiv" 8-ci pilləyə yüksəlib. 4 xala malik "Krılya Sovetov" isə 12-cidir.

Tarix
2018.08.19 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla