Yuxarı

“Ruhlar şəhəri”nin San-Siro fəthi - Fotolar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Qarabağ" tarix yaza bilər. Ağdam təmsilçisi ən azı "Neftçi"nin nəticəsini təkrarlamalıdır.

Axar.az xatırladır ki, flaqman İtaliyada "İnter"lə 2:2 heç-heçəyə nail ola bilmişdi. Bu dəfə isə "Qarabağ"lılar daha yaxşı uğur əldə edə bilər. "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev də qələbə gözlədiyini açıqlayıb.
Bunun üçün gecə saat 00:05-də "Qarabağ" Milan şəhərində inamlı oyun nümayiş etdirməlidir. Axar.az-ın məlumatına görə, oyunqabağı İtaliya mətbuatı klubumuza böyük maraq göstərib. Məşhur "Sport Mediaset" idman saytında "Qarabağ" klubu haqda məqalə yerləşdirilib.

Məqalədə "Qarabağ"ın yaranma ilindən bu günə qədər keçdiyi çətin yollardan, təmsil etdiyi Ağdam şəhərinin ermənilər tərəfindən işğal olunmasından və komandanın son uğurlu nəticələrindən bəhs edən məqamlara toxunulub:

"Qarabağ" klubunun əsası 1951-ci ildə Ağdam şəhərində qoyulub. Lakin 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan Azərbaycanın bir sıra ərazilərini, o cümlədən Ağdam şəhərini işğal edib. Şəhər ermənilər tərəfindən tamamilə dağıdılıb.

Komanda öz yurdunu tərk edərək Bakıda məskunlaşmalı olub. Bölgədə atəşkəs elan olunsa da, "Qarabağ" hələ də öz doğma şəhərində oynamaq imkanından məhrumdur. Komanda bu günə qədər çox ağır günlər keçirməsinə baxmayaraq, heç bir turnirdən kənarda qalmayıb".

İtaliya mediası "Qarabağ"ın Bakıya hansı nəticə ilə dönəcəyindən asılı olmayaraq hörmətə layiq olduğunu yazıb.

***

İtaliyanın nüfuzlu "La Qazzetta dello Sport" nəşrində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla müsahibə çap olunub.

Lent.az-ın verdiyi xəbərə görə, müsahibə "Qarabağ"lı futbolçuların məskunlaşdığı otelin təsviri ilə başlayır. Müəllif azərbaycanlı futbolçuların çox rahat olduğunu yazır:

"Qarabağ"lı futbolçularını heç elə bil "İnter"lə vacib oyun gözləmir".

Qurban Qurbanov "La Qazzetta dello Sport"a müsahibəsində hər zaman İtaliya futbolundan öyrəndiyini bildirib. Məqalənin başlığı "Müsəlmanlar və Qurbanov San Sirounu fəth etmək istəyir" olub.

Tarix
2014.10.02 / 22:00
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla