AVRO - 2016-nın seçmə mərhələsinin III turunda keçirilən
Serbiya - Albaniya matçı ilk hissənin sonlarına yaxın yarımçıq
dayandırılıb.
Futbolpress.az-ın məlumatına görə, buna səbəb yerli azarkeşlərin
stadiona kənar əşyalar atması və rəqiblər arasındakı dava olub.
Beləliklə, matçın 41-ci dəqiqəsində qonaq azarkeşlər stadiona
"Böyük Albaniya" bayrağı bərkidilmiş dron buraxıblar. Uçan əşyaya
bərkidilən atribut bütün stadionu dövrə vurub və meydan
sahiblərinin müdafiəçisi Stefan Mitroviçin başı üzərində bir müddət
havada qalıb. O isə bayrağı götürüb, mühafizə xidmətinə təhvil
vermək istəyib. Qonaqların oyunçusu Mergim Marvay isə buna
narazılıq edib və rəqibi itələyib. Daha sonra hər iki komandanın
oyunçuları və rəsmi şəxsləri arasında əlbəyaxa dava başlayıb.
Serb azarkeşlər stadionda Albaniya bayrağına od vurub və meydana
kənar əşyalar atıblar. Bundan sonra baş hakim Martin Atkinson
görüşü dayandırmaq qərarını verib, hər iki komanda meydanı tərk
edib.
Bosniyalı jurnalist Saşa İbrulun dediyinə görə, azarkeşlər
stadionu tərk etmək istəməyib və mühafizə xidmətinin işçiləri ilə
dava ediblər. Onlar hətta "Vladimir Putin" şüarları da
səsləndiriblər.
VK | Video Ext