Yuxarı

Dünya şöhrətli idmançı komandasından gedir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya şöhrətli idmançı komandasından gedir

"Ferrari" markasının Formula 1 komandasının keçmiş başqanı Luca de Montezemolo ispan pilot Fernando Alonsonun gələn sezon komandadan gedəcəyi barədə yayılan iddialarını təsdiqləyib.

Axar.az xəbər verir ki, 1991-ci ildən başladığı işinə bu ilin sentyabrında son qoyulan Montezemolo "Red Bull-Renault" komandası ilə 4 dəfə dünya çempionu olmuş Sebastian Vettelin komandasından gedəcəyini açıqlayandan sonra, italyan RAİ televiziyasına Fernando Alonsonun da "Ferrari"dən gedəcəyi haqqında açıqlama verib.

De Montezemolo 5 ildir "Ferrari"də yarışan 2005 və 2006 çempionu F.Alonsonun uduzduğu üçün narahat olduğunu bildirərək belə açıqlama verib: "Yarış pilotları bəzən yeni motivasiyaya, yeni bir iş mühitinə və özündə ruh yüksəkliyi yaradacaq yeni şeylərə ehtiyac duyurlar. Alonso "Ferrari"dən gedəcək. Bunun iki səbəbi var: Birinci, fərqli mühitdə işləmək və yeni motivasiya istəməsi, ikincisi isə yenidən çempion olmaq üçün uzun müddət gözləyə bilməyəcək yaşda olmasıdır".

De Montezemolo 2007-ci ildən bəri çempionluğa həsrət qalan "Ferrari"nin bu mövsümü çıxmaqla həmişə çempionluq üçün yarışdığını deyib: "Son 15 ildə ən çox çempion olan komanda "Ferrari"dir. 6 ildir çempion ola bilmədiyimiz doğrudur, amma iki çempionluğun son yarışda itirildiyini də unutmamaq lazımdır".

Qeyd edək ki, Alonso hələ qərarını vermdəyini desə də, ispan sürücünün 2015-ci ildə Formula 1-ə bir illik ara verib 2016-cı ildə "Mersedes" komandasına getməsi ehtimallarının olduğu düşünülür.

Tarix
2014.10.17 / 02:40
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla