Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2019


Çempionlar Liqasında ən yaxşı qol bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun ən yaxşı qolu müəyyənləşib.

Axar.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubunun ulduz hücumçusu Kristiano Ronaldo doğma meydanda İngiltərənin “Mançester Yunayted” komandasının qapısına vurduğu top azarkeşlər arasında keçirilən sorğu nəticəsində həftənin ən yaxşı qolu seçilib. Portuqaliyalı futbolçunun matçın 65-ci dəqiqəsində vurduğu qol sorğu iştirakçılarının 42 faizinin səsini toplayıb.

“Mançester Siti”nin gənc hücumçusu Rəhim Sterlinqin “Şaxtyor Donetsk”a vurduğu qol 37 faiz səslə ikinci olub. Üçüncü yerdə isə “Srevena Zvezda” klubunun hücumçusu Milan Pavkov “Liverpul” ilə matçın 29-cu dəqiqəsində vurduğu qol olub. Bu qol 21 faiz səs toplayıb.

Xatırladaq ki, UEFA noyabrın 9-da UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb. “Tottenxem”in əsas qol silahı sayılan Hari Keyn turun ən yaxşı oyunçusu seçilib. O, “Srvena Zvezda”nın serbiyalı hücumçusu Milan Pavkovu, “Real Madrid”in fransız hücumçusu Kərim Benzemanı və “Mançester Siti”nin mərakeşli yarımmüdafiəçisi Riyad Mahrezi qabaqlayıb.

Qeyd edək ki, Hari Keyn “Tottenhem”in doğma meydanda PSV-ni (Niderland) 2:1 hesabı ilə məğlub etdiyi matçda dubl etmişdi.

Tarix
2018.11.10 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

"Qarabağ" "Neftçi"ni məyus edən komandaya qarşı

Formula-1 üzrə sessiyaların vaxtı açıqlandı: Bakı yarışı...

Şəhriyar rus liderlə qarşılaşdı - Hollandiya turu

Ronaldo malikanəsini satdı - Foto

BMV bu modellərini geri çağırır

"Qarabağ"da Aqolliyə vəzifə verilir? - Alban mediası

Bu ölkədə idmançıya heykəl ucaldılır

Messidən daha bir rekord - Tarixə düşdü

"Traktor"un yeni baş məşqçisi bəlli oldu

Azərbaycan nəhəngləri heç-heçə etdi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla