Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları
keçirilib.
Axar.az xəbər verir ki, Naxçıvanda "Araz Naxçıvan" klubu öz
meydanında "Qəbələ"ni qəbul edib. Gərgin keçən oyunda qonaqlar
minimal hesabla qalib gəlib. Oyunun 21-ci dəqiqəsində "Qəbələ"nin
slovakiyalı müdafiəçi Pavol Farkaşın vurduğu qol komandaya 3 xal
qazandırıb.
Paytaxt derbisində isə "Bakı" və "Neftçi" komandaları üz-üzə
gəlib. Bu il bərbad oyunu ilə yadda qalan "Bakı" doğma meydanda
darmadağın olub. Oyunun 38-ci dəqiqəsində "Neftçi"nin qaradərili
yarımmüdafiəçisi Julius Vobay hesabı açıb. "Bakı" klubunun
futbolçusu Nurlan Novruzov 55-ci dəqiqədə hesaba tarazlıq gətirsə
də, Araz Abdullayev və Kaue de Silvanın vurduğu qollarla flaqman
1:3 hesabı ilə vacib 3 xalı qazanıb.
Turun digər matçında isə ötən turda "Qarabağ"a 2:3 hesabı ilə
uduzan "Xəzər Lənkəran" klubu səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Sumqayt şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da
baştutacaq.
Premyer Liqada o qədər də baxımlı futbol sərgiləməyən AZAL klubu
isə dogma meydanda "Simurq"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə
17:00-da
Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçiriləcək. Burada
"İnter" klubu Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edəcək. Ağdam
təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir
qədər də möhkəmləndirəcək. Oyuna saat 18:00-da start veriləcək.