Yuxarı

“Azercell” növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il təhsil sahəsində beynəlxalq olimpiadalarda yüksək göstəricilərə imza atan məktəblilərimiz bu ilə də uğurla başlayıblar.

Axar.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə keçirilən 15-ci Beynəlxalq Jautıkov Olimpiadasında Azərbaycan məktəbliləri böyük nailiyyətlər əldə ediblər. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş, həmin liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş, 11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar. Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4-ü gümüş və 1-i bürünc olmaqla ümumilikdə 5 medal əldə ediblər.

Məktəblilərimizin uğurunda təhsil sahəsində həyata keçirdiyi və dəstək verdiyi sosial layihələr ilə hər zaman öndə olan Azercell Telekom MMC-nin də rolu var. Belə ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell Telecom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində həyata keçirilir. Hazırlıq prosesində şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün mərkəz tərəfindən hər tərəfli şərait yaradılıb. Məlumat üçün bildirək ki, Azercell Telekom MMC ötən il Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında və eləcə də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən məktəblilərin İnformatika fənni üzrə Beynəlxalq Komanda Olimpiadasında da şagirdlərimizə dəstək olub.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.01.23 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla