Yuxarı

FHN-in komandası birinci oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ şəhərində keçirilən Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr edilmiş peyntbol idman növü üzrə respublika çempionatı başa çatıb.

Azərbaycan Peyntbol Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çempionat federasiyanın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, "ASAN xidmət"in və Qəbələ Atıcılıq Klubunun dəstəyi ilə baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda 1-ci yerin qalibi Fövqəladə Hallar Nazirliyinin (FHN) peyntbolçuları, 2-ci yerin qalibi "ASAN xidmət"in peyntbolçuları, 3-cü yerin qalibi isə Xüsusi Dövlət Mühafizə Xidmətinin peyntbolçuları olub.

1-ci yerin qalibinə Gənclər və İdman Nazirliyinin 1-ci dərəcəli diplomu və çempionatın kuboku təqdim edilib. 2-ci yerin qalibinə çempionatın 2-ci dərəcəli diplomu, 3-cü yerin qalibinə isə çempionatın 3-cü dərəcəli diplomu təqdim olunub. Eyni zamanda, 1, 2 və 3-cü yerləri tutan peyntbolçulara qiymətli hədiyyələr təqdim edilib. Digər komandaların nümayəndələri isə Gənclər və İdman Nazirliyinin və Peyntbol Federasiyasının iştirakçı diplomları ilə təltif olunublar.

Avropa Peyntbol Federasiyasının vitse-prezidenti Viktor Toqayev və baş katibi Viktoriya Sorantçeva təltifetmə mərasimində iştirak edərək, qalib komandaları Azərbaycan Peyntbol Federasiyası tərəfindən Avropa və sünya peytbol çempionatında iştiraka dəvət ediblər.

FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev komandasından birinciliyi gözlədiyini etiraf edib və onlara hər bir çempionatda qalib olmağı arzulayıb.

Tarix
2014.11.10 / 15:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla