Yuxarı

Qadın futbolçularımızın rəqibləri müəyyənləşdi - Avro-2021

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 21-də İsveçrənin Nyon şəhərində futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə 5-ci səbətdə yer alan yığma komandamız D qrupuna düşüb. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv İspaniya, Çexiya, Polşa və Moldovaya rəqib olub.

Püşkatmada nəticələr belədir:

A qrupu

Hollandiya, Rusiya, Sloveniya, Türkiyə, Kosovo, Estoniya

B qrupu

İtaliya, Danimarka, Bosniya və Herseqovina, İsrail, Malta, Gürcüstan

C qrupu

Norveç, Uels, Belarus, Şimali İrlandiya, Farer adaları

D qrupu

İspaniya, Çexiya, Polşa, Moldova, Azərbaycan

E qrupu

Şotlandiya, Finlandiya, Portuqaliya, Albaniya, Kipr

F qrupu

İsveç, İslandiya, Macarıstan, Slovakiya, Latviya

G qrupu

Fransa, Avstriya, Serbiya, Qazaxıstan, Makedoniya

H qrupu

İsveçrə, Belçika, Rumıniya, Xorvatiya, Litva

I qrupu

Almaniya, Ukrayna, İrlandiya, Yunanıstan, Monteneqro.

Qeyd edək k, püşkatmada rekord sayda – 47 yığma komanda iştirak edib. Milli komandamız 2009-cu ildən bəri Avro turnirlərinin seçmə mərhələsində iştirak etməyib.

Bu il avqustun 26-dan 2020-ci il sentyabrın 22-dək komandalar ev və səfər matçları keçirəcəklər. Qrupların qalibləri və ikinci yeri tutan ən yaxşı üç komanda final mərhələsində turnirə ev sahibliyi edən İngiltərəyə qoşulacaqlar. İkinci yeri qazanan daha 6 komanda 2020-ci ilin oktyabrında 2021-ci ilin iyulunda keçiriləcək final mərhələsinə üç vəsiqə uğrunda pley-off matçları oynayacaq.

Tarix
2019.02.21 / 22:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla