Yuxarı

Mübariz Mənsimovdan “Xəzər-Lənkəran”a tələb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mübariz Mənsimovdan “Xəzər-Lənkəran”a tələb

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov cənub klubundan qeyri-rəsmi şəkildə imtina edib. O, "Xəzər-Lənkəran"ın uğursuz çıxışlar seriyasına görə komandaya qayğısını dayandırıb.

Axar.az-a daxil olan məlumata görə, komandanın çökməsinə səbəb Mübariz Mənsimovun qardaşı, klubun prezidenti Mais Mənsimovun qeyri-peşəkar fəaliyyətidir. İddialara görə, kluba ayrılan vəsait də şəffaflıqla xərclənmir. Qeyd olunur ki, Mübariz Mənsimov qardaşının qarşısında şərt qoyub və komandanın ilk üçlüyə düşməsini tələb edib. Bu tələbə riayət edilməyəcəyi təqdirdə kluba maliyyə ayırmayacağını da vurğulayıb.

Hətta "Xəzər Lənkəran"ın futbolçuları "Qəbələ" üzərində 3:0 hesablı qələbəyə görə mükafat almayacaqlar. Klubun prezidenti öhdəlik götürüb ki, turnir cədvəlinin ilk "üçlüy"ündə qərarlaşmasa, futbolçulara mükafat verməsin.

Komanda bu qələbədən sonra 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bu isə Mais Mənsimova əlavə fürsət qazandırıb.

Qeyd edək ki, Mübariz Mənsimov hazırda Türkiyənin "Beşiktaş" və "Kasımpaşa" klublarında idarə heyətinin üzvüdür.

Tarix
2014.12.10 / 15:16
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla