Yuxarı

Vitse-prezident UEFA-da “Qarabağ"dan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marçetti ilə görüşüb.

Report-un verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində keçirilən görüş 1 saat davam edib.

T.Gözəl UEFA məmuruna "Qarabağ" klubu haqqında məlumat verib. "Qarabağ"ın Azərbaycanın eyniadlı bölgəsini təmsil etdiyini vurğulayan klub rəsmisi bu komandanın bütün Azərbaycan üçün özəl anlayış olduğunu və 1 milyon məcburi köçkünü təmsil etməsini ifadə edib. Vitse-prezident ardınca "Qarabağ"ın çıxışından danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda necə vacib olduğunu vurğulayan T.Gözəl İtaliya "İnter"i ilə son oyunda baş verən hakim haqsızlığı olayına toxunub. Baş verən haqsızlığın sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması deyil, milyonlarla insanın üzüntüsü, haqlarının tapdalanması kimi dəyərləndirib. O, UEFA-nın məsələ ilə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.

C.Marçetti isə öz növbəsində baş verənlərlə əlaqədar UEFA-nın müvafiq qurumlarının iclasında baxılacağını bildirib. O, məsələylə bağlı səlahiyyətli qurumların 2015-ci il fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müvafiq qurumların dəyərləndirəcəyini söyləyən UEFA rəsmisi hakimin xətası təsdiqlənəcəyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, UEFA tərəfindən hakimlərin fəaliyyətinə ciddi nəzarət olunur və qurum hakimlik məsələsinə çox həssas yanaşır. UEFA rəsmisi keçiriləcək iclasda alınacaq qərarın "Qarabağ"ı qane etməyəcəyi təqdirdə yenidən etiraz hüququnun olduğunu bildirib. Onun sözlərinə görə, alınacaq qərar "Qarabağ"ı qane etməsə, UEFA-nın bayrağı altında olan digər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanı olacaq.

"Qarabağ"ın uğurlu çıxışını təqdir edən Marçetti, həmçinin bu komandanın qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib. O, daha öncə Bakıda olduğunu, paytaxtın günü-gündən dəyişərək inkişaf və tərəqqisini yüksək qiymətləndirib.

Ən sonda "Qarabağ"ın böyük müvəffəqiyyətlər qazanacağına əminliyini bir daha ifadə edərək Ağdam klubuna uğurlar arzulayıb.

Tarix
2014.12.20 / 09:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla