Yuxarı

Futbolçu qaçdı, "Xəzər Lənkəran" FİFA-ya şikayət etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Lənkəran" klubu komandanı özbaşına tərk edən Deyan Blajevski və Qalin İvanovla bağlı FİFA-nın Oyunçuların Statusu Komitəsinə şikayət edib.

Bu barədə Report-a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

Onun sözlərinə görə, hər iki futbolçunun Lənkəran təmsilçisi ilə 2015-ci ilin iyununadək müqaviləsi var. T.Nadirov Blajevski və İvanovun hazırda məşq etdikləri Makedoniyanın "Vardar" və Bolqarıstanın "Levski" klubuna, eləcə də Makedoniya və Bolqarıstan futbol federasiyalarına da məktub ünvanladıqlarını açıqlayıb. Klub rəsmisi həmin klubları və federasiyaları real durum barədə məlumatlandırdıqlarını bildirib.

Vitse-prezident futbolçuların "Xəzər Lənkəran"ı maliyyə problemləri üzündən tərk etmələrinə dair xəbərləri isə cəfəngiyat adlandırıb. O bildirib ki, hazırda klubun heç bir futbolçuya borcu yoxdur və hamıya noyabr ayı da daxil olmaqla, əmək haqqı ödənilib.

Tarix
2014.12.20 / 13:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla