Yuxarı

Əsas məqsədimiz nəticə qazanmaqdır - Bordin

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovaya qayıtdığıma görə sevinirəm. Çünki burada gözəl vaxtım keçib. “Şerif”lə uğurlar qazanmışam. Güclü rəqiblə qarşılaşacağıq. Buna görə də bu ölkəyə tez gəlmişik ki, matça daha yaxşı hazırlaşaq. Əsas məqsədimiz düzgün oynayaraq nəticə qazanmaqdır.

Axar.az xəbər verir ki, bu barədə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Zimbru” stadionunda keçiriləcək “Speranta” – “Neftçi” oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında komandamızın baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı mütəxəssis bildirib ki, futbolçulardan Baqali Dabo ilə Soni Mustivar təlim-məşq toplanışının ilk günündən komanda ilə məşq etmirlər. Komandanı onlarsız hazırlamışıq. Bununla belə, o mövqedə Stiven Monroz kimi güclü oyunçumuz var. Ümumiyyətlə, hər mövqedə yaxşı futbolçularımız var. Bu, rəqabəti gücləndirib. Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq.

“Komandanı yaxşı kökləmişik. Yeni transferlərimiz komandaya uyğunlaşıblar. Moldovaya qələbə qazanmaq üçün gəlmişik. Amma nəzərə almaq lazımdır ki, mərhələ iki oyundan ibarətdir. Rəqibin baş məşqçisini, futbolçularını yaxşı tanıyıram. Rəqibə hörmətlə yanaşırıq, sonadək mübarizə aparacağıq. Çalışacağıq gözəl oyun nümayiş etdirib azarkeşlərimizi sevindirək. İnanıram ki, sonda qələbəni birlikdə qeyd edəcəyik. Azarkeşlərimizin dəstəyi bizə əlavə motivasiya verəcək”, - deyə baş məşqçi vurğulayıb.

Konfransdan sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi olub.

“Neftçi”nin müdafiəçisi Kirilo Petrov qeyd edib ki, “Speranta”nı yaxşı təhlil etmişik. Güclü rəqibdir. Ciddi hazırlaşmışıq. Çalışacağıq keçən il buraxdığımız səhvləri təkrarlamayaq. 90 dəqiqə vuruşmağa hazırıq.

Qeyd edək ki, “Speranta” – “Neftçi” oyunu iyulun 11-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Tarix
2019.07.10 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla