Yuxarı

Sabah Azərbaycanda mötəbər yarış start götürəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.

Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə oyunlara sabah saat 09:00-da start veriləcək.

Sabaha iki idman növü – tennis və güləş yarışı nəzərdə tutulub. İlk yarış Bakı Tennis Akademiyasında gerçəkləşəcək. Burada dörd idmançımız – iki oğlan və iki qiz tennisçimiz mübarizəyə qoşulacaq.

Həmçinin güləşdə də dörd idmançı ilə mübarizəyə start veriləcək. Heydər Əliyev adına İdman Sarayında iki sərbəst və iki yunan-Roma güləşi üzrə idmançımız ilk qızıl medalı qazanmağa çalışacaq. Beləliklə, ilk gündə dörd medal dəstinin (dörd qızıl, dörd gümüş və səkkiz bürünc) sahibinə aydınlıq gələcək.

Tennis (fərdi oyunlar)

09:00 – 17:00

Alina Hüseynova, Polina Drobişova, Kənan Qasımov, Tamerlan Əzizov

Güləş (ilkin mərhələ)

10:30 – 13:30

Sərbəst güləş: Murad Haqverdiyev (-45 kq), Əbülfəz Nəsirov (-55 kq);

Yunan-Roma güləşi: Fərid Sadıxlı (-45 kq), Nihat Məmmədli (-55 kq)

Güləş (Final mərhələsi)

16:00 – 17:30

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı BOK-nin başçılığı altında keçirilir və 25 illik ənənəyə sahib olan Avropa Olimpiya Komitələrinin qüruru sayılır. AGOF 14-18 yaşlı gənclər arasında keçirilən və müxtəlif idman növlərini cəmləyən ilk yüksək səviyyəli Avropa yarışmasıdır. Festivalın qış və yay növləri mövcuddur və o, hər iki ildən bir tək saylı illərdə keçirilir. AGOF Avropa Olimpiya Komitələrinə (AOK) aiddir.

Təxminən 3,600 gənc və onların rəsmi nümayəndələri yay festivallarında iştirak edir. Qış yarışmalarında isə 1,600 iştirakçı olur.

AGOF simvolik olaraq Avropanın gənclərini Atletlər Kəndində bir araya gətirir. Festival Olimpiya Oyunlarına bir girişdir və bir çox medalçılar Olimpiya Oyunlarında da medallara sahib olur və beləcə, festival gənclərə Olimpiya yarışmasının nə olduğunu öyrədir və idman və sağlam həyat tərzi yaşamağa ilhamlandırır.

Tarix
2019.07.20 / 11:55
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla