Yuxarı

Xəlilzadə özünü Messi kimi apararaq qol vurdu - Vlaşiç

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəlilzadə özünü Messi kimi apararaq qol vurdu - Vlaşiç

Nə deyəcəyimi bilmirəm, ümumiyyətlə, karyeram ərzində belə oyun keçirməmişdim. Bu, sadə oyun olmalı və biz ən azı üç xal qazanmalı idik.

Axar.az xəbər verir ki, bunu Nova TV-yə açıqlamasında Xorvatiya millisinin futbolçusu Nikola Vlaşiç Azərbaycanla 1:1 oynadıqları görüş barədə danışarkən deyib. O bildirib ki, 72-ci dəqiqədə xorvatlara qol vuran Təmkin Xəlilzadə özünü Argentina millisinin və "Barselona"nın ulduzu Lionel Messi kimi aparıb:

“Biz oyuna yaxşı başlayıb, sonradan mübarizəni dayandırdıq. Azərbaycan isə cinahlarda fəallaşdı və buna görə də bizim çox şansımız olmadı. Həmçinin, biz qol vuran oğlana yaxın deyildik, nəticədə, o özünü Messi kimi apararaq qol vurdu. Mənim üçün danışmaq çətindir, çünki çox məyus olmuşam. Artıq bizə bundan sonrakı oyunlarda qələbə qazanmaq vacibdir”.

Tarix
2019.09.10 / 14:36
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla