Yuxarı

Məşqçimiz hakim biabırçılığı haqda: Bizə dedi ki...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşqçimiz hakim biabırçılığı haqda: Bizə dedi ki...

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarıstanla matçdan (0:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millinin son dəqiqədə sayılmayan təmiz qoluna görə etiraz edib:

"Bu gün uşaqlar stadionda əla atmosfer yaratdı. Buna görə onlara təşəkkür edirəm. Danışmaq asan deyil. Rəqibi təbrik edir və uğurlar arzulayıram. Son 30 saniyədə yaşanana çox üzüldük. Hər xal, hər qol bizim kimi kiçik futbol ölkəsi üçün çox önəmlidir. 100 faiz hakim səhv qərar verdi. Telefonuma doğru qol vurduğumuzla bağlı çoxsaylı mesajlar gəldi. Hakim inanılmaz səhv etdi. Ən çox futbolçulara görə üzülürəm. Əziyyətləri yerə vuruldu. Belə əziyyəti ucuzlaşdırmağa söz tapmıram.

Fasilədə futbolçulara vəziyyəti dəyişməyin mümkün olduğunu demişdim. Cəsarətli oynamalarını tapşırdım. İkinci hissə Macarıstan üçün çətin alındı. VAR bizə kömək edə bilərdi, amma bundan seçmə mərhələdə istifadə edilmir. Mənim kimi son saniyədə baş verən hadisədə haqlı mövqe tutan macar jurnalistlərə də təşəkkür edirəm. Bu səhv futbolun inkişafı üçün yaxşı deyil. Bu barədə çox fikir bildirsəm, işimdən də ola bilərəm. Çox danışdığım üçün üzr istəyirəm, çox həyəcanlıyam, duyğularıma görə belədir. Bunları dedim ki, içimdəki hirs çıxsın. Dostlarla, ailəmlə müzakirə edəcəm.

Baş hakim qərarında haqlı olduğunu və oyundan sonra epizoda təkrar baxanda doğru qərar verdiyinə şahid olacağımızı iddia elədi".

52 yaşlı mütəxəssis Bəhlul Mustafazadənin oyunu ilə bağlı danışıb:

"Bəhlul bir aydır bizimlədir, ancaq istedadlı olduğunu göstərib. Bəhlul Xorvatiyaya qarşı da yaxşı oynamışdı. Sayılmayan qoluna görə məyusdur. Onunla danışacam. İnanıram ki, bundan müsbət nəticə çıxaracaq".

Tarix
2019.10.13 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla