Yuxarı

"Qarabağ" büdrədi, "Keşlə" son dəqiqədə üzüldü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" büdrədi, "Keşlə" son dəqiqədə üzüldü

19:48

Oktyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna “Qəbələ”-“Qarabağ” oyunu ilə start verilib.

Axar.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Matçın 3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev hesabı açıb. Altı dəqiqə sonra İsmayıl İbrahimli hesaba tarazlıq gətirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsində qapılara top vurulmayıb.

Beləliklə, “Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib – 1:1.

İki günü əhatə edəcək turun növbəti oyunu “ASCO Arena”da keçiriləcək. Saat 19:15-də start götürəcək görüşdə “Keşlə” komandası “Sabah”ı qəbul edəcək.

Oktyabrın 20-də “Bakcell Arena”da təşkil olunacaq “Neftçi”–“Zirə” oyunu saat 17:00-da başlayacaq. Həmin gün “ASCO Arena”da baş tutacaq “Səbail”-“Sumqayıt” oyunu ilə tura yekun vurulacaq. Qarşılaşma saat 19:30-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Yeddi turdan sonra turnir cədvəlinə 21 xalla “Qarabağ” klubu başçılıq edir. Hesabında 11 xal olan “Neftçi” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Səbail” (10), “Zirə” (8), “Sumqayıt” (7), “Sabah” (5) və “Qəbələ” (5) yer alıblar.

***

Oktyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turunun ikinci görüşündə "Keşlə" doğma meydanda "Sabah"ı qəbul edib.

"Şəfa" stadionunda keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Görüşün 16-cı dəqiqəsində "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli hesabı açıb. "Sabah" futbolçuları isə oyunun sonunda hesaba tarazlıq gətiriblər. Hendrik Ekşteyn vurduğu qolla komandasına bir xalı qazandırıb. Matçın 94-cü dəqiqəsində hakim "Sabah"ın futbolçusu Filip İvanoviçə qırmızı vərəqə göstərib.

Tarix
2019.10.19 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla