Yuxarı

İstefası qəbul olundumu? - Qurban Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çətin və maraqlı oyun oldu. Meydanda güclü mübarizə gördük. Bir xal bizim üçün lazım idi. Rəqib istəkli oynadı. Futbolçularımızdan razı qaldım.

Report xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın X turundan səfərdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, bugünkü matçda komandası yaxşı mübarizə aparıb: "Son 10 gündə 3-cü oyunumuzdur, istər-istəməz yorğunluq vardı. Lakin "Neftçi" də istəkli idi, qələbə qazanıb xal fərqini azaltmaq istəyirdilər. İkinci hissədə yorğunluq öz sözünü dedi".

Qurbanov Xayme Romeronun sabahdan komanda ilə tam şəkildə məşqlərə başlayacağını bildirib. O, ispaniyalı yarımmüdafiəçinin APOEL ilə Kiprdəki Avropa Liqası matçında "18-lik"də yer alacağını bildirib.

Baş məşqçi oyunun sonlarında əzələsini dartan Mahir Emrelinin zədəsinin ciddi ola biləcəyini vurğulayıb.

Qurbanov APOEL-in baş məşqçisi Tomas Dollun istefa verməsinə də münasibət bildirib: "İstefası qəbul olundumu? Xəbərim yoxdur. Dəyişiklik olanda, komanda daha yığcam olur. Bu barədə qəti düşünmürük. Əsas öz hazırlığımızdır".

Tarix
2019.11.01 / 23:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla