Yuxarı

Azərbaycan futbolu "Qarabağ"la tanınır - İranlı futbolçu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın zəif yerləri üzərində yaxşı işləmişdik. İlk yarıda qapımızı toxunulmaz saxlamaq istəyirdik. Fasilədən sonra qol imkanlarımızın olacağını bilirdik.

Report xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Peyman Babayi Premyer Liqanın XII turunda evdə "Qarabağ" üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.

Vurduğu 2 qolla komandasına qələbə gətirən iranlı forvard çox sevincli olduğunu söyləyib: "Qarabağ"a cari çempionatda ilk məğlubiyyətini yaşatdıq. Gələn həftə "Keşlə" ilə qarşılaşırıq. Həmin matça da yaxşı hazırlaşmağa çalışacağıq. "Qarabağ"ın yaxşı futbolçuları var. Baş məşqçimiz Axyan Abbasova təşəkkür edirəm. Bu cür qol epizodlarını mənimlə işləyib. "Zirə" ilə görüşdə də istifadə edə bilmədiyim 3-4 epizodum olmuşdu. Qol vurduğum üçün sevinirəm".

Qol sevincini "Kapital Bank Arean"da olan valideynləri ilə bölüşən Babayi onların ilk dəfədir stadiona gəldiklərini bildirib: "Qollarımı onlara həsr edirəm. Azərbaycan futbolu "Qarabağ"la tanınır. Qapıçının kim olmasının fərqi yoxdur. Bu cür rəqibə qol vurduğuma və komandama kömək etdiyimə görə çox sevinirəm".

Tarix
2019.11.23 / 01:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla