Yuxarı

"Qarabağ"a qarşı final oynayacağıq - Krasson

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolçu olduğum dönəmdə də Kipr komandaları ilə qarşılaşmışam. Ada-dövlətin futbolu o vaxtdan bəri çox inkişaf edib.

Report xəbər verir ki, bunu Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin V turunda evdə qarşılaşacaqları Kipr APOEL-i ilə oyundan öncə "Le Quotidien" nəşrinə geniş müsahibəsində deyib.

48 yaşlı mütəxəssis rəqiblərinin Çempionlar Liqasında çıxış etdiyini xatırladıb: "Sentyabrda Nikosiyadakı zəfərimiz hamının bizdən danışması baxımından yaxşı nailiyyət idi. Sonra gerçəkliyimizə qayıtdıq. Buna baxmayaraq, qələbə qazanmağımız üçün arqumentlərimiz var. Rəqibin üzərində təzyiq var. Bu oyun demək olar ki, hər şeyi həll edəcək. Öncə APOEL-ə, sonra "Qarabağ"a qarşı iki final oynayacağıq".

Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin A qrupunda Kipr APOEL-i ilə birgə 4 xalı var. Lakin APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var. Noyabrın 28-da keçiriləcəcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Eyni vaxtda APOEL-in "Düdelanj"la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün "Sevilya"dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidir.

Tarix
2019.11.27 / 18:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla