Yuxarı

Kliçko 100 milyon dollardan imtina etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kliçko 100 milyon dollardan imtina etdi

WBA, IBF, WBO və IBO versiyaları üzrə dünya çempionu, Ukrayna boksçusu Vladimir Kliçko bildirib ki, qardaşı ilə döyüş üçün ona təklif olunan kiçik məbləğ 100 milyon dollardır, ancaq milyard versəydilər belə yenə razı olmazdı.

Axar.az bildirir ki, "Dan Patrick Show"nun qonağı olan Kliçko bu təklifi amerikalı Don Kinqdən alsa da, onu ciddi qəbul etməyib.

"Kinq dedi ki, mənimlə müqavilə imzalayın və mən sizin döyüşünüzü təşkil edim. Dedi ki, mən sizi zəngin edəcəm. Kinq bu məbləğı bizim qarşımıza qoysaydı belə, yenə imtina edərdik. Lap bir milyard dollar versəydi belə... Pul həyatda hər şey demək deyil, mən qardaşımı çox sevirəm", - deyə kiçik qardaş bildirib.

O əlavə edib ki, hətta belə bir döyüş baş tutmuş olsa belə qələbə Vitalinin olacaq.

Vladimir Kliçkonun sözlərinə görə, onun heç vaxt qardaşı ilə rəsmi döyüşə çıxmamasının əsas səbəbi uşaqlıqda anasına verdiyi sözdür.

"Bizdən dəfələrlə soruşublar ki, bir-birimizlə döyüşəcəyikmi. Ancaq biz hər ikimiz anamıza söz vermişik ki, heç vaxt bunu etməyəcəyik. Bu, bizim boksla məşğul olmağımızın şərtlərindən biri idi", - deyə o bildirib.

Tarix
2015.02.09 / 23:48
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla