Yuxarı

Millimiz Tehranda dünya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimiz Tehranda dünya çempionu oldu

Azərbaycan güləşçiləri növbəti tarixi uğura imza atıblar. Azərbaycan millisi Tehranda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.

AzərTAc xəbər verir ki, Azərbaycan yığmasının Rusiya millisi ilə final görüşü 4:4 hesabı ilə başa çatıb. Həlledici görüşdə güləşçilərimizdən Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və İslam Abbasov (85 kq) xalçadan qalib ayrılıblar. Hesab bərabər olsa da, Azərbaycan güləşçiləri xalların keyfiyyətinə görə (18:17) qələbəyə layiq görülüb. Millimizin birinci yerə layiq görülməsində güləşçimiz İslam Abbasovun rəqibini vaxtından əvvəl təmiz qələbə ilə məğlub etməsi də böyük rol oynayıb.

Beləliklə, yunan-Roma güləşi üzrə milli komandamız tarixi ərzində ilk dəfə dünya kubokuna sahib olub.

Turnirdə "B" qrupunda mübarizə aparan millimiz ilk olaraq yerli İran idmançıları ilə qarşılaşıb və pəhləvanlarımız gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurublar. Ardınca Almaniya və İsveç komandalarını 7:1 hesabı ilə məğlub edən yığmamız qrup mərhələsini lider kimi tamamlayıb.

Bürünc medallar uğrunda görüşdə isə Türkiyə millisinə qalib gələn İran yığması üçüncü pillədə qərarlaşıb. Beşinci yer uğrunda görüşdə Macarıstan İsveç millisinə qalib gəlib. Almaniya güləşçilərinə məğlub olan Ermənistan yığması isə dünya kuboku yarışlarını sonuncu pillədə başa vurub.

Tarix
2015.02.20 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla