Yuxarı

"Qarabağ" rekordunu təkrarladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" rekordunu təkrarladı

“Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.

Axar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna Premyer Liqada XVII turun “Zirə” ilə oyununda nail olub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv rəqib qapısından 6 cavabsız top keçirib.

Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə qələbə qazandığı ən böyükhesablı nəticələrin təkrarıdır. Ağdamlılar bunadək iki dəfə də belə fərqlə meydan sahiblərini məğlub edib. Hər iki oyun ötən mövsümə təsadüf edib. 2018-ci il dekabrın 9-da indiki kimi “Zirə”, 2019-cu il aprelin 1-də isə “Sumqayıt” öz meydanında “Qarabağ”ın 6 qoluna üzülüb.

Qeyd edək ki, öz rekordunu təkrarlayan son çempion həm də mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Bunadək cari çempionatın rekordu 4:0 hesabı olub. III turda “Qarabağ” “Səbail”i, “Keşlə” “Qəbələ”ni yenib. Hər iki matçda qonaqlar qalib gəliblər.

Tarix
2020.02.16 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla