Yuxarı

Qorxulu günlər yaşayırıq - "Qarabağ"ın qapıçısı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qorxulu günlər yaşayırıq - "Qarabağ"ın qapıçısı

"Qarabağ"ın qapıçısı Vaqner da Silva koronavirus pandemiyası ilə bağlı Azərbaycanda yaranan durumdan danışıb.

Qol.az xəbər verir ki, "Globoesporte" nəşrinə müsahibəsində braziliyalı futbolçu Bakıda məktəblərin üç həftədir bağlı olduğunu deyib:

“Ticarət mərkəzləri işləmir, restoranlar məhdud saatlarda açıqdır".

O, küçələrdə insanların az olduğunu və ölkədə bir çox uçuşların ləğv edildiyi bildirib: "Qorxulu günlər yaşayırıq. Bunlardan əlavə İran Azərbaycanla həmsərhəddir, Çin və İtaliya ilə birlikdə koronavirusa görə ölüm hadisəsinin çox olduğu ölkələrdən biridir".

Vaqner çempionatın təxirə salındığını və hazırda evdə olduğunu vurğulayıb: "İşə qayıda biləcəyimiz üçün ikinci əmri gözləyirik. Bu pandemiyadan xəbərdar olmaq və hamının yaxşılığı barədə düşünmək vacibdir. Mən ölkəmdən çox uzaqdayam və ümid edirəm ki, Braziliyada lazım olan addımlar atılır. İnanıram ki, bu virus Braziliyada o qədər də güclü bir şəkildə yayılmır, hər şey yaxşı ola bilər. Orada ailə üzvlərim var, dua edirəm ki, virus tezliklə keçsin və normal həyata qayıda bilək. Çox şey gücümüzdən asılıdır və əminəm ki, Tanrının köməyi ilə hər şey qısa müddətdə normallaşacaq".

Tarix
2020.03.21 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla