Yuxarı

Millimizin üzvü karantindən evə buraxıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin üzvü karantindən evə buraxıldı

Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova karantindən evə buraxılıb. İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edən və Azərbaycana qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan 32 yaşlı liberonun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

Axar.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, artıq evinə dönən oyunçu hər şeyin qaydasında olduğunu və hansısa problemin olmadığını deyib: “Artıq evdəyəm. Bakıya qayıtdıqda aeraporta çatan kimi bizdən analiz götürdülər və hazırki duruma uyğun olaraq karantinə alınacağımızı bildirdilər. Artıq karantində olduğum günlər sona çatdı, hər şey qaydasında olduğuna görə məni evə buraxdılar. İsraildən Bakıya qayıtmağımda və bu çətin günlərdə məni tək qoymayan Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm. Məlum səbəblərdən uçuşların dayandırılmasına və gələrkən karantinə alınacağıma baxmayaraq, Bakıya gəlməyi qərar verdim. Azərbaycan mənim vətənimdir. Bu gün çox şadam ki, Bakıdayam və artıq öz evimdəyəm”.

O, Azərbaycan xalqına və idmançılara da səslənib. Yuliya Kərimova hamını “Evdə qal, sağlam qal” kompaniyasına qoşulmağa dəvət edib: “Evdə olmağıma baxmayaraq, ölkəmizdə karantin davam edir. Bir vətəndaş kimi, mən də hökumətimizin verdiyi bütün qərarlara riayət etməyə çalışıram. Komanda yoldaşlarım başda olmaqla, hər kəsə səslənirəm - evdə qalın. Çünki bu virusa yalnız belə qalib gələ bilərik”.

Tarix
2020.04.03 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla