Yuxarı

MOK iclas keçirdi: Karantin dönəmində tapşırıqlar...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə MOK-un iclası keçirilib.

Qurumun mətbuat xidmətindən Axar.az-a verilən məlumatına görə, iclasda post-karantin dövründə MOK-un fəaliyyəti, xüsusilə gələn ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarına hazırlıqla əlaqadar ümumi müzakirə aparılıb:

“İclasda karantin dövründə MOK-un həyata keçirdiyi işlər və planlaşdırılan məsələlərə dair fikir mübadiləsi aparılıb. Müzakirələr zaman bildirilib ki, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq, Tokio Olimpiya Oyunlarında iştirak üçün hazırlığın ən yüksək pilləsinə çatmış idmançılarımızın formada qalmaları məqsədilə ilkin mərhələlərdə onlara ev şəraitində məşqləri davam etdirmək tövsiyə olunub və tezliklə atletlərimizin səhhətinin yoxlanılaraq nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi üzərində iş aparılıb. Karantin dövründə MOK tərəfindən idmançılarımızın psixoloji vəziyyətləri və ruh yüksəkliyinin saxlanması istiqamətində atılan bir sıra addımlar da nəzərdən keçirilib.

Bundan başqa Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin karantin ve post-karantin dövrü üçün tövsiyə və təlimatları ətrafında danışılaraq, qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verilib”.

Tarix
2020.04.29 / 11:43
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla