Yuxarı

"Qalatasaray" çempionluq şansını itirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qalatasaray" çempionluq şansını itirdi

İyulun 8-də futbol üzrə Türkiyə çempionatının XXXI turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub.

Axar.az xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini 4:1 hesabı ilə məğlub ediblər. Alanya təmsilçisinin qollarını Papis Demba Sisse (43, 45), Tasos Bakasetas (89) və Mustafa Pektemek (90) vurub. İstanbul klubunun yeganə qolunu isə Adəm Böyük (45) vurub.

Beləliklə, "Qalatasaray" Türkiyə çempionluğu şansını itirib.

Günün digər "Trabzonspor" - "Antalyaspor" və "Göztəpə" - "Ankaragücü" matçlarında isə qalib müəyyənləşməyib. Hər iki oyun 2:2 hesabı ilə bitib. "Sivasspor" isə doğma meydanda "Yeni Malatyaspor"a minimal hesabla məğlub olub.

Bundan əlavə, turda iyulun 9-da "Rizəspor" - "Kayserispor", "Beşiktaş" - "Kasımpaşa", "Qaziantep" – "Konyaspor" komandaları qarşılaşacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal), "Beşiktaş" (50 xal) və digər komandalar gəlir.

Tarix
2020.07.09 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla