Yuxarı

“Bakılı”-“Göyəzən” qumara qoyulub – İddia/Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakılı”-“Göyəzən” qumara qoyulub – İddia/Video

AFFA qumara qoyulan qarşılaşmanın nəticələrini araşdırır.

Axar.az-ın məlumatına görə, çempionatın 1-ci divizonunda "Bakılı" - "Göyəzən" matçı il bağlı iddialar var. Bu oyunun qumara qoyulduğu bildirilir. Hər iki klubun əvvəlcə rəhbərlik və baş məşqçilərinin, daha sonra oyunçularının dindirilməsi gözlənilir.

AFFA-nı şübhələndirən oyun zamanı hər iki komandanın müdafiəçilərinin adi epizodlarda səhv etməsi olub. Oyunun tam videoyazısı izlənildikdən sonra şübhəli məqamların çoxluğu diqqət çəkib. Bu qarşılaşma ölkə xaricindəki kontorlardan birində canlı mərcə qoyulub. Ümumiyyətlə, öncədən razılaşdırılıb ki, birinci hissədə qonaqlar, oyunun yekununda isə "Bakılı" qalib gəlsin. Belə nəticəyə pul qoyuluşunun əmsalı 25.00-ə bərabərdir.

"Göyəzən"in baş məşqçisi Elxan Muradov iddialara münasibət bildirib:

"Bunun "Bakılı"ya və ya bizə nə dəxlisi var? Biz tərəfdən belə şey olmaq ehtimalı mümkün deyil. Ola bilməz. Gördüyünüz kimi, imkanları dəyərləndirsəydik, hər şey başqa cür ola bilərdi".

E.Muradov rəqibə eyham vurub: "Bəlkə də "Bakılı" nəsə edib. Bunun bizə dəxli yoxdu. Onların da nəsə edəcəyinə inanmıram".

Tarix
2015.04.12 / 09:00
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla