Yuxarı

Gimnastlarımız Avropa çempionatında ilk medalını qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.11.27 - 20:31

Ukraynanın paytaxtı Kiyevdə davam bədii gimnastika üzrə Avropa çempionatının ikinci günündə Azərbaycanın iki gimnastı Nərmin Bayramova və Alina Gözəlova təsnifat mərhələsini uğurla başa vurublar.

Axar.az xəbər veri ki, bu dəfə gürz və lentlə hərəkətlərdə ustalıqlarını nümayiş etdirən yeniyetmə idmançılar finala vəsiqə qazanıblar. Bayramova 20.655 xal, Gözəlova isə 22.000 xal toplayıb.

Axşam seansında isə çoxnövçülük üzrə qrup hərəkətlərində komanda yarışları baş tutacaq. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxacaqlar. İlk yarış günündən sonra ən yaxşı göstəriciyə (34.600 xal) imza atmış komanda cədvəldə ilk pilləni tutur.

Bu gün çoxnövçülük üzrə qrup və komanda yarışlarında ilk medallar sahibini tapacaq. Hazırda Azərbayan millisi ümumi sıralamada 3-cüdür.

Qeyd edək ki, ötən gün Nərmin Bayramova və Alina Gözəlova müvafiq olaraq, ip və topla hərəkətlərdə finala çıxıb.

***

Noyabrın 27-də bədii gimnastlarımız Ukraynanın paytaxtı Kiyevdə ikiqat uğura imza atıblar.

Kiyev İdman Sarayında təşkil olunan bədii gimnastika üzrə sayca 36-cı Avropa çempionatı çərçivəsində komandamızın üzvləri iki medal qazanıblar. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız hər iki proqram üzrə gözoxşayan çıxış nümayiş etdirərək, çoxnövçülükdə gümüş medala layiq görülüblər. Qeyd edək ki, bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır.

Daha bir medalı isə yığma üzvlərimiz komanda hesabında qazanıblar. Qrup və yeniyetmə gimnastlarımızın dünən və bu gün topladıqları xalların cəminə əsasən bu proqram üzrə bürünc medal əldə olunub.

Həm qrup komandamız, həm də gənc gimnastlarımız ayrı-ayrı alətlər üzrə finallara da adlayıblar. Gənclərdən Nərmin Bayramova ip və lentlə, Alina Gözəlova isə top və gürzlərlə çıxışlarına görə finala vəsiqə əldə ediblər.

Noyabrın 29-da – çempionatın sonuncu günü Zöhrə Ağamirova və Arzu Cəlilova böyük gimnastlar arasında çoxnövçülük yarışlarında qitə çempionu adı uğrunda mübarizə aparacaqlar.

Tarix
2020.11.28 / 00:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla