Yuxarı

DÇ-2018: yığmamız Ermənistanla eyni səbətdə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-2018: yığmamız Ermənistanla eyni səbətdə

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində səbətlər müəyyənləşib. 2018-ci ildə keçiriləcək DÇ-da Azərbaycan millisi 5-ci səbətdə yer alıb.

Axar.az-ın məlumatına görə, yığmamız Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova ilə bir yerdədir. Bu isə o deməkdir ki, Azərbaycan mundialın seçmə mərhələsində həmin komandalarla eyni qrupa düşməyəcək. Yalnız İtaliya və Xorvatiyanın hansı səbətdə yer alacağı müəyyənləşməyib. Buna bu gecə keçirilən İtaliya - Portuqaliya yoxlama matçından sonra aydınlıq gələcək.

İtaliya qalib gələcəyi təqdirdə I səbətdə qərarlaşacaq. Əks təqdirdə I səbətdə Xorvatiya millisi yer alacaq. Dünya çempionatına ev sahibliyi edəcək Rusiya millisi birbaşa mundialın final mərhələsinə qoşulacaq. Final mərhələsinə çıxmaq üçün komandalar 9 qrupda mübarizə aparacaq. 7 qrupda 6, 2-də isə 5 ölkə yer alacaq.

1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Portuqaliya, İtaliya/Xorvatiya.

2-ci səbət: İtaliya/Xorvatiya, İsveçrə, Avstriya, Slovakiya, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina.

3-cü səbət: Polşa, Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Yunanıstan, Serbiya.

4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Çernoqoriya, Estoniya.

5-ci səbət: Kipr, Azərbaycan, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova.

6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San Marino, Andorra.

Tarix
2015.06.21 / 23:38
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir

Azərbaycan buna görə birinci yerdədir

Azərbaycan bir çox aspektlər baxımından... - Prezident

Azərbaycanın sabit, uğurlu inkişafı var - Prezident

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla