Yuxarı

Rəcəbovdan 3 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəcəbovdan 3 qələbə, 4 məğlubiyyət, 2 heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində daha 9 görüş keçirib.

Axar.az xəbər verir ki, rapiddən sonra qrossmeysterlər bu dəfə blits oyununda qüvvəsini sınayıb.

İlk 3 görüşdə müvafiq olaraq Alireza Firuzca (FIDE), Uesli So (ABŞ) və Yan Nepomnyaşiyə uduzan Rəcəbov, 4-cü oyunda Fabiano Karuanaya (ABŞ) qalib gəlib. 34 yaşlı şahmatçı növbəti iki görüşünü heç-heçə ilə başa vurub. O, əvvəlcə Riçard Rapport (Macarıstan), ardınca isə Maksim Vaşye-Laqravla (Fransa) xalları yarı bölüb.

Rəcəbov daha sonra Petr Svidler (Rusiya) və Levon Aronyanla (Ermənistan) duellərdən məğlub ayrılsa da, son qarşılaşmada Vladimir Kramnik (Rusiya) üzərində qələbə qazanıb.

Beləliklə, təcrübəli şahmatçı günü 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, Teymur Rəcəbov hazırda 11 xalla 9-cu pillədə qərarlaşıb.

Tarix
2021.06.21 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla