Yuxarı

Klublarımızdan Avroliqa açıqlaması - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Neftçi" - "Mladost" (Montenqero) matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

Axar.az-ın məlumatına görə, "Neftçi"nin baş məşqçisi Samir Əliyev oyundan sonra jurnalistlərin suallarını cavabıandırıb:

"Həqiqətən oyunun sonunda qol buraxmaq məyusedicidir. Yenə deyirəm, hazırlaşmağa vaxtımız az oldu. Araz və Samir zədələndi. Ancaq ikinci oyunda bizə daha rahat olacaq. Çünki rəqib meydanında daha sərbəst oynamaq olur. Əks-hücumlara üstünlük verəcəyik. Təlim-məşq toplanışında əks-hücumlar üzərində çox çalışımışıq. Bundan əlavə, Kaue da Silva da növbəti oyunda bizə kömək edəcək".

***

"Qəbələ"nin baş məşqçisi Roman Qirqorçuk da "Dinamo"ya (Tiflis) səfərdə 1:2 hesabı ilə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:

"Bizdən yaxşı oyun gözlədiyinizi bilirəm. Mən də belə istəyirdim. İnanıram ki, növbəti matçda hər şey yaxşı olacaq. Avroliqaya hazırlıq üçün vaxtımız az oldu. Komandada dəyişikliklər var idi. Birinci hissədə pis oynadıq.

Futbolçularda narahatlıq var idi. Başa düşürəm ki, bu cür məğlubiyyətdən sonra özümüzə gəlməyimiz asan olmayacaq. Ancaq bilirəm ki, növbəti matçlarda yaxşı oynayacağıq. Bu gün oyunumuz alınmadı. Çox təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik".

***

"İlk hissə çox çətin keçdi, ancaq ikinci yarıda oyunçularım yaxşı oynadılar", - bu sözləri "Laçi" – "İnter" oyunundan sonra "bankirlər"in baş məşqçisi Zaur Svanadze deyib.

İkinci hissədə daha az səhv etdiklərini bildirən Svanadze komandanın gec toparlandığını deyib:

"Komanda bir az gec özünə gəldi, buna görə də qələbə üçün vaxtımız çatmadı. Buna görə də düşünürəm ki, nəticə normal oldu. Cavab görüşündə daha yaxşı oynamağa çalışacağıq. Mərhələ keçmək üçün gərəkli nəticəni qazanacağımızı düşünürəm".

Tarix
2015.07.03 / 13:02
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla