Yuxarı

"Neftçi"dən danışıb, kefimi korlamaq istəmirəm”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandansız? Dayanın, sizin mənimlə nə üçün əlaqə yaratdığınızı təxmin edim. Yəqin ki, "Neftçi" ilə aramızda yaranmış problemin nədən ibarət olduğunu öyrənmək istəyirsiniz.

Bu sözləri apasport.az saytına açıqlamasında Belçika millisinin sabiq futbolçusu Emil Mpenza deyib.

2010-cu ilin yayında "Neftçi"yə transfer olunan və il yarımdan sonra komanda tapması üçün heyətdən kənarlaşdırılan futbolçu "ağ-qaralar"la arasındakı problem haqda geniş danışmaq istəmədiyini bildirib.

"Bilirsiz, mənim Azərbaycanda yaxşı günlərim keçib. Gözəl, işıqlı paytaxtınız var. Ancaq təəssüf ki, eyni sözləri "Neftçi" barədə deyə bilməyəcəm. Qısa olaraq onu deyim ki, klub mənə qarşı düzgün hərəkət etmədi. Bu səbəbdən də öz haqqımı hüquq müstəvisində axtarmalı oldum", – deyə, Mpenza bildirib.

FİFA-nın qəbul etdiyi qərarı xatırlayan belçikalı legioner vurğulayıb ki, bu işlə vəkili məşğuldur: "Yəqin ki, məsələdən artıq xəbərdarsız. Bu işlə vəkilim məşğul olur. Hazırda istirahətə çəkilmişəm. Yaxşıca əylənirik. Buna görə də "Neftçi" barədə danışıb, kefimi korlamaq istəmirəm.

Yaxşısı budur, FİFA-ya zəng edin. Mənim vəkilim də suallarınızı cavablandıra bilər. Dediyim kimi, bu barədə danışmaq istəmirəm. Səbəbini sizə dedim. Xahiş edirəm, üzrlü hesab edin. Amma onu da deməliyəm ki, "Neftçi" istənilən halda haqsızdı. Sizin klubun haqsız olduğu ali futbol qurumunun çıxardığı qərarda da öz əksini tapıb. Əlavə nə şərhə ehtiyac var ki?"

Xatırladaq ki, "Neftçi" rəhbərliyi Mpenzanın komandanın düşərgəsini özbaşına tərk etməsini iddia edirdi. Bu səbəbdən FİFA-ya şikayət edən paytaxt təmsilçisi məsələnin həll olunacağına ümid bəsləsə də, belçikalı da əks-iddia ilə ali futbol qurumuna üz tutmuşdu.

3 ilə yaxın davam edən araşdırmalardan sonra Mpenzanı haqlı çıxaran FİFA bakılıların futbolçuya olan borcunu ödəməsi haqda qərar çıxarıb. Buna əsasən, "Neftçi" 80000 ABŞ dolları məbləğində qalıq əmək haqqını, həmçinin 687500 ABŞ dolları məbləğində təzminatı və bunların 5% illik ödənişini həyata keçirməlidir.

Tarix
2015.07.03 / 20:42
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla