Yuxarı

Tokio-2020: 5 idmançımız mübarizəyə başlayır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın daha 5 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

Axar.az xəbər verir ki, yarışın növbəti günündə medal qazanmağa namizədlərdən hesab edilən qadın güləşçi Mariya Stadnik, sərbəst güləşçilər Hacı Əliyevlə, Şərif Şərifov və karateçi Rafael Ağayev qüvvəsini sınayacaq. Həmçinin bədii gimnast Zöhrə Ağamirova da öz bacarığını göstərməyə çalışacaq.

50 kq çəki dərəcəsində çıxış edən Stadnik və 97 kq çəkidəki Şərifov Rusiya Olimpiya Komitəsinin təmsilçiləri - müvafiq olaraq, Stalvira Orşuş və Abdulrəşid Sadullayevlə üz-üzə gələcək. 65 kq-da mübarizə aparan Əliyev isə seneqallı Adama Diatta ilə görüşəcək. Hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

75 kq-dakı Rafael Ağayev B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Fərdi proqramda yarışan bədii gimnast Zöhrə Ağamirova ardıcıl olaraq topla, halqa ilə, lentlə və gürzlərlə çıxışını təqdim edəcək.

Tarix
2021.08.06 / 00:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla