Yuxarı

Ohanesyan Bakıya niyə gətirilmir? - Rəsmi açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ohanesyan Bakıya niyə gətirilmir? - Rəsmi açıqlama

Rəqib klubla əlaqə saxladıq. Bildirdilər ki, bu futbolçu ilə bağlı hər hansı açıqlamaları olmayıb, onun Azərbaycana gətirilməməsi özlərinin təşəbbüsüdür.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qazaxıstan "Kayrat"ının erməni futbolçusu Kamo Ohanesyanın UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməməsinin Azərbaycan təmsilçisinin təşəbbüsü olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Almatı klubu bu məlumatı Qazaxıstan mətbuatında çalışan jurnalistlərin fərziyyəsi adlandırıb: "Bu, sırf "Kayrat"ın təşəbbüsüdür. Bizə erməni futbolçu ilə bağlı hər hansı müraciət daxil olmayıb, nəyəsə münasibət bildirməmişik. Göndərilən siyahıda həmin oyunçunun adının olmaması başqa nələrsə haqqında düşünməyə zəmin yaratmayıb. Daha əvvəldən bilirdik ki, Ohanesyan Bakıya gəlməyəcək".

Ohanesyanın özü isə "Matç TV"yə açıqlamasında bildirib ki, onsuz da Azərbaycana gəlmək istəyi olmayıb: "Kayrat"a yalnız qələbə arzulayıram. Mənsiz də istənilən rəqibi məğlub edə bilərlər. Yaxşı komandamız var".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.

Tarix
2021.10.14 / 20:11
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla