Yuxarı

"Marsel"lə matç harada keçiriləcək? - Rəsmi cavab

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Marsel"lə matç harada keçiriləcək? - Rəsmi cavab

2022.01.27 - 22:47

Səfər oyunumuzun neytral ölkədə keçirilməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Fransada "Marsel"ə qarşı keçirməli olduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun vaksinin tanınmaması səbəbindən ("Qarabağ" oyunçuları "Sinovak"la peyvəndlənib - red.) başqa ölkəyə salına biləcəyi ilə bağlı iddialar barədə danışarkən deyib.

O, “Sinovak” vaksininin sözügedən ölkədə qəbul olunmadığını söyləyib.

Klub rəsmisi bildirib ki, yanvarın 28-də UEFA-nın pley-offda iştirak edəcək klubların nümayəndələri ilə onlayn görüşündə bəzi məsələrə baxılacaq: "İclasda yeni dəyişikliklər müzakirə olunacaq. Yalnız bundan sonra hazırkı vəziyyətə münasibət bildirə bilərik".

Abbaszadə bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Marsel"ə qarşı oynamış Türkiyənin "Qalatasaray" və Rusiyanın "Lokomotiv" (Moskva) klublarında da səfər matçları zamanı buna bənzər vəziyyətin yarandığını xatırladıb: "Hər iki ölkədə Fransanın qəbul etmədiyi vaksinlərdən istifadə olunur. Amma bu komandalar istisna hal kimi Fransada "Marsel"lə qarşılaşıb. Bunu araşdırmışıq, bilirik. Matçın neytral ölkədə keçirilməsi barədə qərar veriləcəyinə inanmırıq. Amma hər şeyi zaman göstərəcək".

Qeyd edək ki, "Qarabağ" futbolçularına koronavirus əleyhinə "Sinovak" peyvəndi vurulub. Fransada isə bu peyvənd tanınmır.

"Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Tarix
2022.01.28 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla