Yuxarı

Böyük Dəbilqə: Daha bir idmançımız qızıl qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Dəbilqə: Daha bir idmançımız qızıl qazandı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Mehdiyev Böyük Dəbilqənin qalibi olub.

100 kiloqramda yarışan Zelim Kotsoyev bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Böyük Dəbilqə turnirinin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kiloqramda Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı, ümumilikdə, 9 cüdoçu təmsil edir.

Tarix
2022.02.19 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Putinlə Szinpin görüşdü: Çoxqütblü dünya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla