Yuxarı

Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin 9-cu turunun oyunları keçirilib.

Axar.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımızın qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Ş.Məmmədyarov turnirdə 3,5 xal toplayıb. Belə ki, qrossmeysterimiz əvvəlki turlarda Yan Nepomnyaşiyə (FIDE) qalib gəlib, ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Leyner Domingesə uduzub, macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Daniel-Deak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.

Dairəvi sistem üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.

Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.

Tarix
2022.05.14 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla