Yuxarı

Gənclikdəki səhvlərimi etməsəydim… - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclikdəki səhvlərimi etməsəydim… - Qurbanov

Azərbaycan futbolunda çatışmazlıqlar çoxdur, təkliflərə və bunları dəyərləndirməyə ehtiyac var.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis bəzi görüşlərdə müxtəlif təşəbbüslərinin olduğunu söyləyib:

"Mənim düşüncələrimə görə, daha çox inkişaf etməli və böyük uğurlar qazanmalıyıq. Biz klub olaraq daha da inkişaf etməliyik".

Qurbanov futbolda kütləviliyə də ehtiyac olduğunu sözlərinə əlavə edib:

"Bir yerə toplaşıb çatışmazlıqları müzakirə etməliyik. Bir dəfə mənə müraciət etmişdilər ki, yaxşı futbolçu olmaq üçün nə etmək lazımdır. Mən də yarızarafat, yarıciddi söylədim ki, Musa kimi qardaşı olmalıdır. İnsanı gücünə və bacarığına inandıran biri mütləq olmalıdır. Mənim üçün ən vacib olan budur. Potensialı düzgün yönləndirmək önəmlidir. Gənclikdə bəzi səhvlərim olub. Bəlkə də onları etməsəydim, daha yaxşı olardı. Futbolçu olmaq üçün ilk növbədə insanda potensial vacibdir. Oyunçunun istəyi və xarakteri də önəmlidir. Həmişə futbolçulara deyirəm ki, məşq etməkdən qorxmaq lazım deyil və bu idman növünə çox vaxt ayırmaq lazımdır. İdmançının öz peşəsinə sevgisi də mütləqdir. Gənc vaxtlarında daha çox məşq edirdim ki, kimlərdənsə geri qalmayım. Bu qarşıma qoyduğum məqsəd və futbola olan sevgi idi”.

Tarix
2022.05.23 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla