Yuxarı

Tahir Gözəl: Çexiyaya qələbə üçün gedəcəyik!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tahir Gözəl: Çexiyaya qələbə üçün gedəcəyik!

Çox baxımlı və gözəl oyun alındı. Komandamız yaxşı oyun nümayiş etdirdi və meydanda dominant idi.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner azarkeşlərin qarşılaşma ərzində "köhlən atlar"a möhtəşəm dəstək olduğunu bildirib: "Çempionlar Liqasının srup mərhələsinə vəsiqə qazanmaq üçün hələ də ümidimiz var. Artıq bu ənənəyə çevrilib. Biz səfərdə hər şeyi həll edirik. Ümid edirəm ki, bu seriya davam edəcək".

Tahir Gözəl səfərdəki matçın çox önəmli olacağını vurğulayıb: "Fanatlara təşəkkür edirəm. Burada möhtəşəm ab-hava var idi. İnanıram ki, Çexiyadan zəfərlə dönəcəyik".

Klub rəhbəri Plzen təmsilçisinə qarşı 2016-cı ildəki görüşü xatırlayıb: "Həmin vaxt bərabər oyun var idi. Səfər qolu sayəsində rəqib mərhələ adlamışdı. Bu gün qarşı tərəfin ən yaxşı oyunçusu qapıçısı oldu. Çox gözəl qurtarışlar etdi. Onu təbrik edirəm. Rəqib də hiss edir ki, bu komanda 6 il əvvəlki "Qarabağ"dan tam fərqlənir. Biz səfərə ancaq qələbə üçün gedəcəyik. Qarşımızdakı rəqib də çox güclüdür. Onlara qarşı oynamaq çətindir. "Viktoriya"ya ehtiramla yanaşırıq, amma səfərə qələbə üçün gedirik".

Funksioner komandada böyük inamın olduğunu sözlərinə əlavə edib: "Baş məşqçi Qurban Qurbanovda və futbolçularda böyük inam var. Çexiyada bu işin öhdəsindən gələcəyimizə ümid edirik. Futbolda yaxşı olan tərəf mütləq qalib gələcək. Asan olmayacaq, amma Plzenə qələbə əzmi ilə gedəcəyik".

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tarix
2022.08.18 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla