Yuxarı

Millət vəkili daha bir mərkəz açdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili daha bir mərkəz açdı - Foto

Bakıda "Orion" Kikboksinq İdman Mərkəzinin açılışı olub

Axar.az xəbər verir ki, oktyabrın 15-də Bakıda "Orion" Kikboksinq İdman Mərkəzinin açılışı olub.

Tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkilləri Adil Əliyev, Madər Musayev, ölkəmizin idman ictimaiyyətinin təmsilçiləri, idmanın bu növü üzrə məşğul olan atletlər iştirak ediblər.

Açılış mərasimində qeyd olunub ki, yeni mərkəzin istifadəyə verilməsi Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir. Belə mərkəzlərin istifadəyə verilməsi ölkəmizdə idmanın, o cümlədən kikboksinqin inkişafına və gənclər arasında kütləviliyinin artırılmasına mühüm töhfə verəcək.

Respublikamızda idman sahəsində əldə edilən uğurlardan danışan Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq turnirlərdə mübarizə aparan Azərbaycan idmançıları onlara bəslənilən ümidləri layiqincə doğruldaraq istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növləri üzrə böyük uğurlar qazanırlar. Sevindirici haldır ki, idmanın digər növlərində olduğu kimi, kikboksinqdə də mühüm uğurlar əldə edilir. İdmançılarımız müxtəlif mötəbər yarışlardan Vətənə medallarla dönürlər.

Ümummilli lider Heydər Əliyevin idman siyasətinin dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Milli Məclisin deputatı Madər Musayev ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait yaradıldığını bildirib.

Diqqətə çatdırılıb ki, beynəlxalq turnirlərdə iştirak edən Azərbaycan idmançıları onlara bəslənilən ümidləri layiqincə doğruldaraq istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növləri üzrə böyük uğurlar qazanırlar. Sevindirici haldır ki, digər idman növlərində olduğu kimi, kikboksinqdə də uğurlar əldə edilir. İdmançılarımız müxtəlif mötəbər yarışlardan Vətənə medallarla dönürlər.

Qeyd edək ki, "Orion" Mərkəzində dərslər tanınmış idmançılar Eduard Məmmədov və Müşfiq Hüseynli tərəfindən keçiriləcək. Burada bütün yaş kateqoriyaları üzrə oğlan və qız kikboksçular ustalıqlarını artıra bilərlər.

Tarix
2015.10.16 / 10:59
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla