Yuxarı

Futbolçularımız braziliyalıları uddu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klubun saytına istinadən verilən məlumata görə, mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Rəvan" qardaş ölkədə olduğu 6-cı gündə ilk yoxlama oyununu keçirib.

İlk yarı bərabər mübarizə şəraitində keçib. Real qol vəziyyətlərinə görə rəqib üstün olub. Həmin epizodlarda da Lukaş Sapela 2 dəfə inamlı qurtarışları ilə yadda qalıb. Fasilədən sonra da azarkeşlər sərt və gərgin oyunun şahidi olublar. Hesabı isə rəqib açıb. 69-cu dəqiqədə qol buraxan komandamız 10 dəqiqəyə görüşdə dönüş yarada bilib. Əvvəlcə 75-ci dəqiqədə cərimə meydançasında əllə oyuna görə Ömər Paşayevin tam haqlı olaraq təyin etdiyi penaltini Kamil Nurəhmədov qola çevirib. 2 dəqiqə sonra isə Ceyhun Cavadov uzaqdan baxımlı qola imza atıb.

Bu qol matçda vurulan son qol olub. Oyun 2:1 "Rəvan"ın qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Rəvan"ın növbəti yoxlama oyunu yanvarın 22-də Rumıniya 1-ci divizion təmsilçisi "Universitatya Krayova" ilə olacaq (Anspress).

Tarix
2014.01.21 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla