Rusiya 600 min nəfəri səfərbər edir? - Kəşfiyyat
08:00
| Ana səhifə İdman |
|
Peru futbol liqasında "Sportinq Kristal" ilə "Xuan Auriç" arasında baş tutan görüşdə kuryoz hadisə yaşanıb.
Axar.az xəbər verir ki, matçın 68-ci dəqiqəsində "Xuan Auriç"in qapıçısının oyuna daxil etdiyi top hakimə dəyərək ev sahibi olan komandanın futbolçusu İrvenu Avilin önünə düşüb.
Avil isə topu boş qapıya göndərməklə hakimin hədiyyəsindən maksimum yararlanıb. Bu qol ev sahibini görüşdə 3-2 önə keçirib və matç bu hesabla yekunlaşıb.
Nəticədə 3 xal qazanan "Sportinq Kristal" Peru liqasında liderliyə yüksəlib.
|
Tarix
2015.10.27 / 19:59
|
Müəllif
İlham Sahiloğlu
|